Odlar Yurdu

Cingöz qalası

Zaqatalanın şimalında sıx ağaclar arasında qərarlaşan bir məkan var. Bu, Cardır. Həmin kənddə bir yer var ki, kəndlə yanaşı, zonanın tarixinin nə qədər köhnəyə gedib çıxdığını sübut edir. Söhbət məhşur Cingöz qalasından gedir. Bura həm gözətçi məntəqəsi, həm də düşmən gələndə sığınmaq üçün nəzərdə tutulan qüllə və ətrafında müdafiə divarından ibarət olub. Adı isə cin kimi “ayıq gözlü olmaq” mənasını verdiyi üçün Cingöz qaladır. Bəzən bura “Çingiz qalası” da deyilir. Qalanın yanında orijinal üslubu ilə fərqlənən bir ev olub. Burada Cingözov ailəsi yaşayıb.

 

Qalanın bünövrəsinin 1175-ci ildə qoyulduğu üzərindəki kitabədə yazılıb. Ancaq üzərindəki lövhədə XVI əsrin abidəsi olduğu qeyd edilib.