Bakı Kitab Mərkəzi azyaşlı oxucuları dəvət edir
İyulun 8-də Bakı Kitab Mərkəzi azyaşlı oxucuları “Oxu saatı”na dəvət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin sosial media hesablarında məlumat paylaşılıb.
Bildirilib ki, tədbirdə “Oxu saatı”nın növbəti qonağı - Əməkdar mədəniyyət işçisi Aygül Qaradağlı balacalara Klara R.Hitsin "Peter musiqi alətləri diyarında" kitabını təqdim edəcək.
Qeyd edək ki, kitabı Azərbaycan dilinə Aygül Qaradağlının özü tərcümə edib.
06.07.2022