Afişa

Bakı Uşaq və Gənclər Teatrından yeni tamaşa - “Cənnətə bilet”

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı “Cənnətə bilet” tamaşasına baxmağa dəvət edir.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşa iyulun 13-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində nümayiş olunacaq.

 

Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə həsr olunmuş tamaşanın ssenari müəllifi və rejissoru İlhamə Əhmədova, quruluşçu rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Hüseynli, dekor müəllifi Ceyhun Həşimovdur.

 

Səhnə əsərində teatrın aktyorlarından Qurban Əhmədov, Mehman Piriyev, Flora Hüseynova, Gülnar Əlizadə, Toğrul İsabəyli, Əli Babayev çıxış edəcəklər.