Afişa

Gəncə Dövlət Kukla Teatrında yeni tamaşa – “Ana qaz”

Gəncə Dövlət Kukla Teatrında Xalq şairi Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında eyniadlı tamaşa hazırlanıb.

 

AZƏRTAC xəbər verir ki, birhissəli uşaq tamaşasının quruluş müəllifi teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyev, xoreoqrafik həll müəllifi Fərmail Paşayev, musiqi tərtibatçısı Şamil Məmmədlidir.

 

Tamaşada Zülfiyyə Əliyeva, Naidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova oynayırlar.