Odlar Yurdu

Allah-Allah türbəsi

Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir.

 

Türbə - adını üzərində 200 dəfədən çox təkrarlanan "Allah" sözündən alır. Yerüstü hissəsi isə üç əsas memarlıq quruluşundan əmələ gəlir: daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvari günbəz. Dairəvi tikilinin ən dinamik hissəsini şimal və cənub hissəsində yerləşən portallar təşkil edir. Tikildiyi dövrdə əlavə bir türbənin də olmasına baxmayaraq, günümüzə ancaq biri gəlib çıxmışdır. Binanın üstündə füruzəyi rəngli şaquli yerləşdirilmiş və "Allah" sözünü formalaşdıran kərpic, üfüqi yerləşdirilmiş yaxşı cilalanmış adi kərpic mövcuddur.

 

Bina SSRİ dövründə dini abidə olduğuna görə tamamilə baxımsız qalmışdır. 1960-cı ildə isə bura bilərəkdən erməni bərpa qrupu cəlb olunmuş və həmin qrup binanın örtük hissəsinə qəsdən beton konstitusiya yerləşdirmişdir. Təbii ki bu türbənin çökməsi məqsədi ilə edilmiş addım idi. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir.