Bu maraqlıdır!

Yer hər tərəfdən okeanlarla əhatələnmişdir

Antik coğrafiyaçıların ən mühüm ideyalarından biri vahid Dünya okeanının olmasıdır. Bu fikri ilk dəfə Aristotel irəli sürmüşdür, sonralar isə Eratosfen bunu inkişaf etdirərək yazırdı: “Əgər Atlantik okeanının genişliyi bizə mane olmasaydı, onda İberiyadan (Pireney yarımadası) Hindistana eyni paralel dairə üzrə üzmək olardı”.

 

Posidon bu ideyanı daha aydın şəkildə şərh edir: “Aydındır ki, məskunlaşmış Yer hər tərəfdən okeanlarla əhatələnmişdir. Onu heç bir quru zolağı əhatələmir, o eniş sahədə yayılmışdır”.

 

Bizim eranın I əsrinin ortalarında Pomponiy Mela təsdiq etmişdir ki, Dünya okeanı məlum quru sahələrini (Avropa, Asiya və Afrika) məlum olmayan (“naməlum torpaq”), antixtonlarla (yun. “tərsinə yaşayanlarla”) məskunlaşmış və hər tərəfdən sularla əhatələnmiş yerlərdən ayırır. 

 


Bir sıra antik coğrafiyaçılar inanırdılar ki, Cənub yarımkürəsinin böyük bir hissəsini hansısa quru sahəsi tutur. Bəziləri, Mela kimi, elə başa düşürdülər ki, cənubda hər tərəfdən okeanlarla əhatələnmiş materik yerləşir. Başqaları (xüsusilə Ptolemey) güman edirdilər ki, nəhəng materik Hind okeanını cənubdan əhatələyərək, onu nəhəng gölə çevirmişdir.


Məhz dəniz sularının birliyi ideyası ərəb dənizçilərini ruhlandırmış və sonralar Feman Magellan Atlantik okeanı, Hind okeanı ilə Sakit okean arasında yol açmışdı. Nəhəng cənub materiki haqqında digər ideya Terra Australis incognita (Naməlum Cənub Torpağı) ilə bağlı idi. Bu ideya 2 min ildən artıq bir dövrdə mövcud oldu. Bu təsəvvür edilən materikin ölçüləri xəritədə tədricən okean və qitələrin real sərhədi dərk ediləcək dərəcədə kiçilirdi. Hazırda bu materik Antarktida adlanır.