Mədəni irsimiz

Muğamın ifası

Muğamın ifası Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmişdə "xanəndə və sazəndə dəstəsi" adlanırdı. Müasir musiqi ifaçılığında "muğam üçlüyü" deyilir - klassik muğam üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir.

 

İkincisi, muğamlar instrumental, yəni solo şəkildə ifa olunur. Muğamın bütün tərkib hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əks etdirir. Muğamın hər bir hissəsi (şöbəsi, guşəsi) çox vaxt özü - özlüyündə müstəqil bir mahiyyət kəsb edir və ayrılıqda ifa edilə bilsə də, onun mütəşəkkil vahid əsas inkişaf xətti ardıcıl surətdə məntiqi qaydalara əsaslanaraq öz bütövlüyünü, tamlığını itirmir.