Təbiət

Qeyri-adi uzun qulaqlı keçi Pakistanın ulduzuna çevrilib

Qeyri-adi uzun qulaqları olan keçi balası Pakistanda media ulduzuna çevrilib. Belə ki, Simba adlı keçi balası qeyri-adi uzun qulaqlara sahib olduğuna görə dünya rekorduna imza atıb.


Qulaqlı keçi cəmi bir neçə gün əvvəl doğulsa da, dərhal yerli sakinlər və medianın böyük marağına səbəb olub. Keçinin sahibi ümid edir ki, Simba Ginnes rekordlar kitabına düşə bilər, lakin indiyənədək təşkilat hələ heç bir keçi üzərində hər hansı bir yoxlama keçirməyib. Belə bir şərəfə yalnız itlər layiq görülüb! 


Simba - Nubian keçisidir, bu cinsin uzun qulaqları yüksək temperaturda yaşamaq üçün zəruri olan termoregulyasiya funksiyasını yerinə yetirir. Bununla belə, Simba hətta qohumları arasında belə fərqlənir - onun hər qulağının uzunluğu 48 sm-dir. Keçi yeriyəndə qulaqları yerlə sürünür.


Simbanın sahibi Məhəmməd Həsən Narejonun sözlərinə görə, doğulduqdan bir neçə gün sonra Simba artıq bütün milli və beynəlxalq medianın diqqətini özünə cəlb edə bilib. Bu balaca qulaqlı keçi gözəllik müsabiqəsinin qalibi belə olub. 


Bir şəxsiyyətin şöhrət səviyyəsinə çatması 25-30 il tələb edirsə, qulaqlı keçi 30 gün ərzində məşhurlaşmağı bacara bilib!