Bu maraqlıdır!

Sutəmizləyici qurğu nədir?

Su evlərdə və sənayedə istifadə edildikdən sonra kanalizasiyaya axıdılır. Adətən, bu su çox çirklənmiş olur, ona görə də bu sular çaylara və ya dənizə axıdılmamışdan əvvəl təmizlənməlidir. Bunun üçün suyu xüsusi təmizlyici qurğudan keçirirlər, buna həm də kanalizasiya sularını təmizləmə qurğusu da deyilir.


Təmizlyici  qurğularda suyu üç mərhələdə təmizləyirlər. Əvvəlcə mexaniki təmizləmə gedir: bu zaman suyu çirk, zibil və köpükdən təmizləyirlər. Sonra bioloji təmizləmə gedir: bu o deməkdir ki, sya onu çirkləndirən maddələri parçalaya bilən xüsusi biloloji maddələr əlavə edilir. Və nəhayət, kimyəvi təmizləmə aparılır: suya onun tərkibindəki fosfat və başqa çirkləndirici maddələri azaldan kimyəvi maddələr əlavə edilir.