Bu maraqlıdır!

Müasir açarlar

Açarların köməyi ilə biz evə girəndə və ya çıxanda qapını açıb-bağlayırıq. Açarların əksəriyyəti çox da böyük olmayan, hamar, yüngül metaldan hazırlanır, ancaq hərdən ağır və böyük qapılar üçün böyük dəmir açarlar da olur. Müasir kompüter texnologiyası tamamilə yeni stildə, daha yüngül və daha rahat gəzdirilə bilən açarlar yaratmağa imkan verdi.

 

Söhbət plastik kart şəklində hazırlanmış açarlardan gedir. Həmin kartların üzərində qıfılın içərisindəki koda uyğun gələn deşiklər açılır. Düzdür, bu cürə kartla olan qıfıllardan evlərdə istifadə etmirlər, onlardan əsasən, mehmanxanalarda otaqların qapılarını bağlamaq üçün istifadə edirlər. Bundan başqa, indi çox vaxt deşikli kartları elektron kartlar ilə əvəz edirlər. Elektron kartların içərisində elektron kodu olan mikrosxem vardır, tanıma qurğusu bu kodu tanıyıb qəbul edərsə, qapı açılır.