Qızarana kimi qızmış metal
Elektrik plitəsi konforlarının içərisində çox möhkəm metal olan volframdan hazırlanmış telin hesabına qızır. Volfram çox böyük müqavimətə malikdir, bu o deməkdir ki, o, özündən keçən elektrik enerjisinin çox az hissəsini buraxır, qalan hissəsi isə istiliyə çevrilir. Bu zaman volfram teli o qədər qızır ki, qızararaq işıq saçır, “qızarana qədər qızmaq” ifadəsi buradan yaranır.