Şeirlər

Sevinc Nuruqızı. Üç qarışqa

Səhər-səhər

Üç qarışqa.

Biri gonbul,

Biri arıq,

Biri qaşqa.

Şeh tapdılar

İri damcı.

Parıldayan

Diri damcı.

Xorla: - Salam

- Dedi onlar.

Nəzakətli

İdi onlar.

-Gəlin, çimin

Söylədi şeh.

Onlara əl

Eylədi şeh.

Çimdi şehdə

Üç qarışqa.

Biri gonbul,

Biri dəcəl,

Biri qaşqa.