Bu maraqlıdır!

270 milyon illik "Daş meşə"si

"Shilin" (Daş meşǝ) Çinin birinci möcüzəsi sayılır. 270 milyon illik "Daş meşə"si başdan-başa qaya parçaları ilə əhatə olunub, bu qeyri-adi meşə Çinin Yunnan vilayətində, Kunmindən 130 kilometr uzaqlıqda yerləşir. “Shilin" Çin dilindən tərcümədə "Daş meşə" mənasını bildirir. 20-50 metr hündürlükdə daş sütunları üfüqdə bir meşə kimi görünür. Ona görə də, bura "Daş meşə" adlanır.

 

Daş meşələri 270 milyon il bundan əvvəl dayaz dənizin yerində formalaşıb. Qumdaşı və əhəngdaşılar dənizin hövzəsində yığılıb və sonra qalxmağa məruz qalıblar.

 

Daşların indiki formaya düşməsində isə küləklərin, suların böyük rolu var. 300 kvadrat kilometrlik bir ərazini əhatə edən Daş meşə minilliklər boyu seysmik aktivlik, su və külək eroziyasının nəticəsində əmələ gəlib. Bu təbii möcüzə milli park adına sahibdir. Region YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.