Aləmzər Əlizadə. Qonaqlar getdi
Qonaq gəlmişdi.
İlhamə gilə
Qız yuxusundan,
Durmayıb hələ.
Anası gəlib
Oyatdı onu.
Verdi geysin tez
Çiçəkli donu.
İlhamə ancaq
Onu geymədi.
Dedi: ─Yaxşı don
Seçərəm indi.
O, donlarını
Geyirdi bir-bir
Nədənsə onlar
Xoşuna gəlmir.
Ətəyi sarı
Cibli donu var.
Onu geyinib
Gələnə qədər
Getdi qonaqlar.