“Little YARAT” proqramı çərçivəsində növbəti ustad dərsi
YARAT Müasir İncəsənət Məkanının uşaqlar üçün təşkil etdiyi “Little YARAT” proqramının növbəti ustad dərsi iyulun 30-da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, budəfəki dərslər Günel Ravilovanın rəhbərliyi ilə “Yayın dadı” mövzusuna həsr olunacaq.
Ustad dərsləri Rəngkarlıq Muzeyində təşkil edilir.
Xatırladaq ki, qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 12:00-dan 18:00-dək aparılır.
23.07.2022