Bu maraqlıdır!

Mesopotomiya xalqlarının coğrafiyası

Misirlə yanaşı qədim sivilizasiya mərkəzlərindən biri də Dəclə və Fərat çayları arası olmuşdur. Onun cənub dəniz sahilində Şumer xalqı bir neçə şəhər dövlətin əsasını qoymuşdur. E.ə. XXVIII əsrdə onlar gil lövhələr üzərində hecalı mixi yazılarını həkk etdilər. Şumerlərin coğrafi bilikləri haqqında e.ə. XXV əsrdə gil lövhələr üzərinə basılmış xəritələr məlumat verir. Balıq pulcuğuna oxşar simvollarla Livan dağları, mərkəzdə isə şumerlər üçün vacib cəhət rolunu oynayan paralel xətlərlə çəkilmiş Fəratın orta axını və sərin küləklər əsən Zaqros dağları təsvir olunmuşdu. Ömrünün çox hissəsini hərbi yürüşlərdə keçirən və Şumeri birləşdirən çar I Sarqon və onun varislərinin qoyduğu yazılı lövhələr sübut edir ki, e.ə. XXIV-XXIII əsrlərdə Fərat çayının çox hissəsi, Dəclə çayının sol qolları, Fars dağlıq ölkəsi (Anşan), Bəhreyn (Dilmun), Oman (Maqan) onlara məlum idi. E.ə. XXII əsrin ortalarında Şumer hakimi Qudeyanm heykəlində ilk dəfə olaraq Yuxarı dənizdən (Aralıq dənizi) Aşağı dənizə (İran körfəzi) qədər olan ölkələr təsvir edilmişdir.


Britaniya muzeyində torpaqların təsviri olan gil lövhələr saxlanılır. Sarqonun vaxtında məmurlar bunları vergi toplamaq üçün tərtib etmişlər. Belə bir qədim xəritənin üzərində Şimali Mesopotamiyanın dağlan, çaylan və kəndləri təsvir edilmişdir. Mesopotamiyanın böyük şəhəri Babilin xəritəsində Yer kürəsi Fərat çayı ilə kəsilən kürəvi hamar lövhə şəklində təsvir olunmuşdur. Fərat dağlarından axan çay, yeri hər tərəfdən əhatə edən okeana tökülür. Okeanın kənarında yeddi üçbucaq formalı adalar, yazılarla mərkəzdə Babilistan, həmçinin Assuriya və Urartu dövlətləri təsvir olunmuşdur.