Xəbərlər

“Uşaq kitab həftəsi” layihəsinə start verilib

Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaq kitab həftəsi” layihəsinə başlayıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitab oxumaq kimi faydalı vərdişin uşaqlarda yaradılması üçün ən səmərəli vaxt yay tətilidir.

 

Bununla əlaqədar Uşaq şöbəsi “Uşaq kitab həftəsi” layihəsinə start verib. İştirak edən uşaqlara kitab və hədiyyələr veriləcək.

 

Layihə çərçivəsində hazırlanmış kitab sərgisində müxtəlif nağıllar, hekayələr və povestlər nümayiş olunur.