Bu maraqlıdır!

Dünyanın ən hündür körpüsü - Duge

Dünyanın ən hündür körpüsü, Duge Çində yerləşir. Uzunluğu 1341 metrdir. Körpü yerdən 570 metr yüksəklikdə yerləşir. Ölkənin cənub-qərbində inşa edilən körpü Çinin Yunnan və Quizhou bölgələrini birləşdirir. Körpünün hündürlüyü 200 mərtəbəli binaya bərabərdir. 140 milyon dollara başa gəlib. 

 

Körpü Xuanvey və Şuiçeng bölgələri arasındakı dörd saatlıq yolu qısaldıb. Artıq bu məsafəni körpüdən keçməklə bir saata qət etmək mümkündür.

 

Qeyd etmək olar ki, dünyanın ən hündür 10 körpüsündən 8-i Çində yerləşir.