Xəbərlər

"Qarfild" animasiya filminin növbəti bölümünün premyera tarixi açıqlanıb

Kris Prattın səsləndirəcəyi “Qarfild” animasiya filminin növbəti bölümünün premyera tarixi açıqlanıb.

 

Ekran əsəri 2024-cü il fevralın 16-da kinoteatrlarda nümayiş etdiriləcək. Layihə “Alcon Entertainment” tərəfindən həyata keçirilir, icraçı prodüserlər Broderik Conson və Endryu A.Kosovdur. Filmin ssenarisini David Reynolds qələmə alıb, rejissoru isə Mark Dindaldır.

 

Qeyd edək ki, ilk dəfə 80-ci illərin sonlarından “Qarfild və onun dostları” adlı cizgi serialı ekranlara çıxıb. Daha sonra, 2004-cü ildə “Qarfild” bədii filminin premyerası olub və iki il sonra isə "Qarfild-2” filmi debüt edib. 2007-ci ildə isə "Əsl Qarfild" cizgi filmi nümayiş olunub.