Təbiət

Möcüzəvi "Azan" gülü

“Oenothera” (ingilis) - bizim dildə “Azan gülü” adlanır. El arasında “Azan gülü” adı ilə tanınan və Allahın möcüzəsi kimi qəbul edilən bu bitki azan oxunan vaxtlarda çiçək açır. Belə ki, azan gülünün çiçəyi şam və sübh azanı oxunana yaxın tumurcuq halına gəlir. Azan oxunmağa başlayanda isə anbaan açılır.

 

Bu çiçəyin üstü gün ərzində xırda tumurcuqlarla dolu olur. Yalnız axşam və sübh saatlarında azan oxunan vaxt isə qönçələr demək olar ki, bir möcüzə kimi açılır. Bir metr boyundakı bitki axşam azanına qədər ot növünü xatırladır, axşam və sübh azanı vaxtı isə bitki canlanır və sarı rəngli, xoş qoxulu çiçək açılır. 15-20 dəqiqə sonra isə bitkinin çiçəyi solub tökülməyə başlayır. Bu möcüzəli bitki adətən may ayından avqust ayının sonlarına qədər çiçək açır və elə bir xüsusi qulluq da tələb etmir.