Şeirlər

Ələmdar Quluzadə. Yerini özü salır

Atasının yanında
Elə saralıbdır ki,
Üzü üzüyə dönüb.
Dünən cavab qaytarıb,
Quzunu qaytarmayan
Bu gün quzuya dönüb.

 

Aslan bağda altına
Pişiyin altındakı
Qapqara bezi salır,
Anasının sözünü
Yerə salıbdır deyə
Yerini özü salır.