Bu maraqlıdır!

İlk riyazi əməliyyatlar hansılar olub?

İlk riyazi əməliyyatlar toplama və çıxma olub. İnsanlar bu əməliyyatlarla daima və həyatlarının hər günü məşğul olurdular. Müəyyən obyeklərin miqdarını bu cür təyin edirdilər: “30 qoyun var idi, 4-cü yeni doğuldu, alındı 34 ” və ya “8 keçi var idi, 1-i itdi, 7-si qaldı”.

 

Bu cür əməliyyatların yerinə yetirilməsi üçün sadə alətlər yaradılmışdı ki, onun vasitəsilə böyük rəqəmləri toplaya və çıxa bilsinlər. Avropa və Asiyada say taxtasından
(çöktə), Amerikada isə inklər rəngli kəndir üzərində düyünlər edərək bir yerə bağladığı kəndir topasından (kip) istifadə edirdilər.