Bu maraqlıdır!

Rəqəm və riyaziyyat eyni şeydir?

Rəqəm iki əsas funksiyanı yerinə yetirir: birincisi-elementin cərgədə və ya elementlərin çoxluğu arasında növbəsini təyin etmə, ikincisi-sıra və ya çoxluğu əmələ gətirən elementlərin miqdarla göstərilməsi. Beləliklə rəqəmlər çoxluğu və miqdarı təyin etməyə, həmçinin, hesablamağa və ölçməyə xidmət edir. Onları hesablama və ya ölçmə kimi istifadə edəndə rəqəm miqdarı və ya kəmiyyəti göstərir, onları bir-birinin üzərinə gəlmək, yəni onlarla əməliyyat aparmaq olar. Toplama, çıxma, vurma, qüvvətə yüksəltmə hesablama və ya riyaziyyat əməliyyatları sayılır.


Riyaziyyat elmi əsas etibarilə rəqəmləri və kəmiyyəti ilə əməliyyatları öyrənir. Ancaq riyaziyyat rəqəmlərdən başqa, çoxluq elementlərinin münasibətini və xüsusiyyətlərini, onların ümumi, müxtəlif əlamətlərini, əşyaların forma və həcmini əməliyyatlar vasitəsilə məsələlərin həll edilməsini öyrənir. Ona görə də riyaziyyatın müxtəlif bölmələri var: hesab, həndəsə, məntiq və s.