Afişa

Rus Dram Teatrından balaca tamaşaçılara növbəti tamaşa

Sentyabrın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı “Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl” adlı tamaşa ilə balaca tamaşaçıları sevindirəcək.

 

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hekayədə Çar Saltanın üç bacıdan ən kiçiyini özünə Şahzadə seçməsindən bəhs edilir. Digər ikisini isə kral aşpazı və toxucusu edir. Bu isə qısqanclığa səbəb olur. Çar müharibəyə getdikdə, onun sarayda olmadığı zaman Şahzadə knyaz Gvidonu dünyaya gətirir. Bunu paxıllıqdan qəbul edə bilməyənlər uşağın dənizə atılmasını təşkil edirlər.