Odlar Yurdu

Dünyanın yeganə üzən adası: Batabat gölü

Batabat gölü Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür. Burada olan ada dünyanın yeganə üzən adasıdır. Ada tamamilə torf və otdan ibarətdir və gölün dibinə qoşulmur, buna görə də yavaş-yavaş hərəkət edir. Adanın hərəkəti isə küləyə bağlıdır. Külək hansı istiqamətə əssə, ada o tərəfə doğru hərəkət edir.

 

Rəvayətə görə, bir dəfə xoşagəlməz bir hadisə baş vermişdi. Gənclər yığılıb yenə adada istirahət edirmişlər. Başları qarışıq olub, külək adanı sahildən uzaqlaşdırıb, qalıb donurlarmış. Sonra səhərə yaxın külək adanı yenidən hərəkətə gətirib və onlar geri qayıda biliblər. Həmin vaxtdan daha adaya getməyə icazə verilmir. Səbəb isə təhlükəsizliyin hər şeydən önəmli olmasıdır.