Afişa

Gənc Tamaşaçılar Teatrı yeni mövsümə “Şirinlər” tamaşası ilə başlayacaq

Sentyabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümünü P.Cullifordun “Şirinlər” tamaşası ilə açacaq.

 

Teatrdan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 25-də isə Çexovun “Qağayı” tamaşası nümayiş olunacaq. Həmin günün proqramına Puşkinin “Qızıl balıq” tamaşası da daxildir.

 

Qeyd edək ki, sentyabrın 30-da T.Vəliyevanın “Cəza” monotamaşası da nümayiş olunacaq.