Afişa

Milli Dram Teatrı sentyabr repertuarını açıqlayıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay nümayiş olunacaq səhnə əsərlərinin adlarını açıqlayıb.

 

AZƏRTAC xəbər verir ki, sentyabrın 23, 24 və 25-də sənət ocağının səhnəsində “Zəfər yolu” tamaşası göstəriləcək.

 

Bundan başqa, sentyabrın 28-də “Medeya”, 30-da isə “Ah, bu uzun sevda yolu” tamaşaları təqdim ediləcək.