Bu maraqlıdır!

Radarı kim ixtira edib?

Radar böyük məsafədə və ya görünüş dairəsindən kənarda olan obyektlərin aşkar edilməsi üçündür. 


1911ci ildə Amerika yazıçısı Hyu Ceymsbek öz elmi-fantastik əsərlərinin birində indiki radarlar kimi işləyən bir cihaz haqqında yazırdı. O zamandan bir çox alimlər onun bu xəyallarının həyata keçirilməsi üçün yollar axtarırdı, lakin uzun müddət lazım olan nəticələri ala bilmirdilər. 


Ancaq 1935-ci ildə Robert Uotson Uatt adlı ingilisə təyyarəni görmədən 50 kilometr məsafədən onun uçuşunu izləmək müyəssər oldu, o bunu radarın köməyi ilə yerinə yetirdi. Beləliklə, müasir radar antena vasitəsi ilə elektromaqnit dalğaları şüalandıran cihazdır. Dalğalar çox böyük məsafəyə yayılır və öz yolunun üstündə hər hansı obyektə rast gəldikdə ondan əks olunaraq öyrənmə yerinə geriyə, yəni radarın antenasına qayıdır. Radar əks olunmuş dalğanı qəbul edir, ona əsasən təyin edir ki, obyekt hansı məsafədə yerləşir və bu məsafəni xüsusi ekranda qeyd edir.