Afişa

Kukla Teatrı yeni mövsümün açılışı ilə bağlı planda dəyişikliklər edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sonuncu erməni təxribatı nəticəsində şəhid olan Vətən övladlarının ruhuna ehtiram əlaməti olaraq, yeni mövsümün açılışı ilə bağlı planlarında dəyişiklik edib.

 

Teatrdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 16, 17 və 18-i günlərinə təsadüf edən tamaşaların nümayişi ləğv olunub.

 

Qeyd edək ki, həmin günə bilet alan tamaşaçılar qarşıdakı həftələrdə istənilən nümayişləri izləyə bilərlər.