Şeirlər

Mirmehdi Seyidzadə. İki dəfə iki

Yoldaşından bir səhər

Sual etdi Gülümsər:

- Hesabdan neçə qiymət

Almısan, ay Məlahət?

Gündəliyi göstərdi,

Məlahət cavab verdi:

- Dörd qiymət almışam bax!

Belə olar çalışmaq.

- İki qiyməti nədən

Dörd edib öyünürsən?

- İkiynən iki məgər

Dörd etməz, ay Gülümsər.