Bu maraqlıdır!

Sloveniyanın məşhur turizm məkanı - Bled gölü

Sloveniyadakı hündür dağların zirvələrindən birində kiçik ada ilə romantik yaşıl Bled gölü ərazisi əjdahaların və cəngavərlərin əsrarəngiz, sehrli dünyasını xatırladır.

 

Mərkəzində kiçik bir ada olan yaşıl göl ərazisi, yamaclarında kilsə yerləşən qədim orta əsr qalası ilə, eləcə də hər tərəfdən zirvəsi qarlı nəhəng dağlarla, həmçinin tünd yaşıl meşələrlə əhatələnib.

 

Romantik Bled gölü əsrarəngiz gözəlliyə malikdir. Romantika axtaranlar üçün bu məkan Sloveniyanın məşhur turizm məkanıdır.

 

Qeyd edək ki, Bled gölünün mərkəzində yerləşən məşhur kiçik Bled adasına qayıqlarla getmək mümkündür.