Şeirlər

Məhəmməd Hadi. Vətənin nidası

Bəsdir, yetər artıq, dur, oğul dur, daha yatma!

Namusu, həyanı, ədəbi uyquya satma!

Ey sevgili Övlad, ayıl, Allahı sevərsən,

Gün doğdu, hamı durdu, yatan birzə özünsən.

Yoldaşlarına, sil gözünü, yaxşı bax oğlum,

Onlar yetib istəklərinə, sən uzaq, oğlum.

Başdan papağın, ya başını qapdıracaqdır -

Ol yol gedən adəm ol ki, yol üstü yatacaqdır.