Bu maraqlıdır!

Kalkulyator necə işləyir?

Kalkulyator-riyazi əməliyyatları yerinə yetirə bilən elektron maşındır. Kalkulyatorun düymələri var, onların köməyi ilə lazım olan məlumat-istədiyimiz əməliyyatın yerinə yetirilməsi üçün lazım olan rəqəm və işarələr kalkulyatora əlavə edilir. Əməliyyatın nəticəsini kalkulyatorun ekranında görə bilirik. 


İlk cib kalkulyatoru 1972-ci ildə yaradıldı. Ancaq bundan çox illər qabaq fransız alimi Blez Paskal (1623-1622) ilk dəfə təkərləri fırlanmağın köməyi ilə toplama və vurmanı yerinə yetirə bilən hesablayıcı maşın ixtira etmişdi. 


Müasir kalkulyatorlar bütün növ riyazi əməliyyatları və hesablamaları yerinə yetirə bilir. Xüsusi kalkulyatorlar mövcuddur: ən sadələri adi hesablama işlərində, daha mürəkkəbləri-kommersiya hesabatları, həmçinin ali riyaziyyat sahəsində çətin əməliyyatların yerinə yetirilməsində funksiyaların hesablanmasında, statistik ölçülərin təyinində və s. istifadə olunur.