Bu maraqlıdır!

Tərəzilər necə işləyir?

Tərəzilər müxtəlif əşyaların çəkisini öyrənmək üçün alətdir. Bəzi tərəzilər o qədər dəqiqdir ki, ovucun içərisində saxladıqda çəkisi güclü hiss olunan kiçik və yüngül əşyaların çəkisini təyin edə bilər, bəziləri isə çoxtonlu yük maşınlarını götürə bilir. Bəzi tərəziləri zavod və fabriklərdə, digərlərini mağazalarda istifadə edirlər, üçüncüləri isə biz evdə istifadə edirik. 


Ən sadə tərəzilər hər tərəfindən qab asılmış hərəkətli qoldan ibarətdir. Bu cür tərəzi vasitəsi ilə bir əşyanın çəkisi ilə başqasınınkını müqayisə etmək olar. Başqa növ tərəzilər yaylı tərəzilərdir: yay çəkilmək üçün üstünə əşya qoyulmuş meydançanın altındadır, əşya nə qədər ağırdırsa, yay da bir o qədər çox sıxılır və əşyanın çəkisini göstərən şkalanın üstündəki əqrəb daha çox yerini dəyişir. 


Müasir texnologiyanın inkişafı daha dəqiq və təkmil olan rəqəmsal və elektron tərəzilərin yaradılmasına imkan verdi.