Bu maraqlıdır!

Nəyə görə torpağa herbisidləri əlavə edirlər?

Əgər sahə və bağlarda torpağa yaxşı gübrə verilərsə, insanların xüsusi olaraq əkib-becərdikləri bitkilərlə yanaşı, orada tamamilə yararsız alaq bitkiləri də inkişaf edəcək. Alaq otları mədəni bitkiləri sıxışdırır, onlara lazım olan qidalandırıcı maddələri və rütubəti alaraq boy atamasına mane olur. Bu zərərli alaq otlarını məhv etmək üçün torpağa herbisidləri əlavə edirlər.