Maelifell dağı
Maelifell dağı İslandiyanın cənub hissəsində yerləşən vulkanik dağdır. Dağ, Myrdalsjökull buzlağının altında vulkan püskürmələri nəticəsində əmələ gəlib.
Təxminən 10 min il əvvəl buzlaqların əriyib geri çəkilməsi ilə gün üzünə çıxıb. Hündürlüyü 791 metrdir. Onun hündürlüyü ətrafdakı Sandur düzü ilə müqayisədə 200 metrdir.
Dağın adı "ölçü təpəsi" mənasını ifadə edir. İslandiyada bu adda doqquz dağ var. Bu dağlar ilk islandiyalıların yollarını tapmaq üçün istifadə etdikləri yerlər idi.
24.09.2022