Bu maraqlıdır!

Texnologiyadan oyunlar üçün istifadə edilirmi?

Adi oyuncaqları taxtadan, parçadan, metaldan, kağızdan və plastmasdan hazırlayırlar. Ancaq daha müasir oyuncaq və oyunlardan texnologiyanın yeni elementlərindən: elektrik dövrəsindən, elektrik batareyalarından, mikrosxemlərdən istifadə edilir. Elektron və kompüter oyunları özlərinin xəyali aləmini-virtual dünyasını yaradır.


Əslində, xəyali, olmayan dünyanın yaradılması hər bir oyunun kökündə durur: usaqlar kuklaları canlı hesab edərək oynayır, oyuncaq maşınları həqiqi kimi sürür, doğrudan alır, satır, döyüşürlər. Elə oyunların məqsədi əyləndirmək və eyni zamanda öyrətmək, təsəvvürü və hər cür yaxşı vərdişləri inkişaf etdirmərk, həmçinin oyun yoldaşları ilə münasibət qurmağa kömək etməkdir. Əgər oyun bu tələblərə cavab vermirsə, həmin oyunlardan istifadə etmək lazım deyil.