“Öz xalçanı toxu” adlı ustad dərsləri təşkil olunacaq
“Cult Baku Club” və “Azərxalça” hər kəsi 3 sessiyadan ibarət “Öz xalçanı toxu” adlı ustad dərslərinə toxunma prosesini öyrənməyə dəvət edir.
AZƏRTAC xəbər verir ki, dərslər oktyabrın 3, 7 və 14-də saat 17:30-dan 19:00-dək keçiriləcək. İştirakçılar 20x20 santimetr ölçüdə yun xalça toxuyacaqlar.
Dərslərdə istifadə olunan nəzəri material “NinkaCards” tərəfindən təqdim olunacaq.
30.09.2022