Bu maraqlıdır!

Fotoqrafa hansı alətlər lazımdır?

Fotoqrafın işləməsi üçün çoxlu müxtəlif alətlər tələb olunur. İlk növbədə, ona fotokamera lazımdır, fotokamera bir çox müxtəlif detallardan ibarət korpusdan, həmçinin içərisində linzalar olan obyektiv və ya bir neçə obyektivdən ibarətdir. Bundan başqa, fotoqrafa qaranlıqda obyeklərin şəklini çəkərkən işıqlandırmaq üçün işıq, tərpənib şəklin dəqiqliyinin itməməsi və kameranı bərkitmək üçün ştativ, optik effeklər nəticəsində korlanmaması üçün obyektivlərə yerləşdirilən filtrlər və s. tələb olunur. 


Hər bir fotoqraf müxtəlif texnolologiyalardan istifadə edərək şəkil çəkir; onlar avadanlıqların keyfiyyət və xüsusiyyətlərindən, nəyin və ya kimin şəklini çəkməyindən, lentin və aşkarlamanın keyfiyyətindən asılı olaraq bir-birindən fərqlənə bilər.