Xəbərlər

İstiqlal Muzeyində növbəti tədbir – “Arzular”

Oktyabrın 4-də Azərbaycan İstiqlal Muzeyində “Arzular” adlı tədbir təşkil ediləcək.

 

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində reallaşan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr ediləcək.

 

Muzeyin təşkilatçılığı ilə gerçəkləşəcək tədbir çərçivəsində eyni mövzulu sərginin açılması da nəzərdə tutulur.