Atalar sözləri

El bir olsa dağ oynadar yerindən

Başqa sözlə, birlik olan yerdə bütün çətinliklərin öhdəsindən gəlmək olar.


Xalq gücünə, birliyə inam oyadan bu misra atalar sözü səviyyəsinədək yüksəlmişdir. İlk dəfə XVII-ci əsrin əvvəllərində Cənubi Azərbaycanda yaşamış Tufarqanlı Aşıq Abbasın şeirində işlənmişdir.


Abbas bu sözləri deyər sərindən,
Arxı vurdur, suyu gəlsin dərindən.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.


Buradakı “dağı yerindən oynatmaq” ifadəsinin tarixi çox-çox qədimlərə gedib çıxır. Mənbələrin verdiyi məlumata görə, bu ifadə ilk dəfə İncildə işlədilmiş, sonralar məzmunca dəyişilərək “hər cür çətinliyin öhdəsindən gələ bilmək” mənasında dünyanın bir çox dillərinə yayılmışdır.