Xəbərlər

Bakı Zooloji Parkında ikinci dişi pələng balası dünyaya gəlib

Bakı Zooloji Parkında Pələng ilində ikinci dişi pələng balası dünyaya gəlib.


AZƏRTAC Bakı Zooloji Parkın rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, pələnglər sürətlə çoxalmır və bu səbəbdən təbiətdə sayları kəskin azalan heyvanlar sırasındadır.  


Pələng balası hazırda baytar həkim və zoopark əməkdaşlarının nəzarəti altında saxlanılır.


Qeyd edək ki, yeni doğulan pələng balasına hələ ki, ad verilməyib.