Samuil Marşak. Ərköyün siçan balası
– Ciy-ciy, balacam, ciy-ciy,
Evim-evciyim, ciy-ciy,
Buğda, arpa verərəm,
Getsə yuxuya, ciy-ciy.
Qa-qa deyim, yatsın qoçaq,
Şirin yuxu tapsın qoçaq.
Qa-qa, yatsa gözəl balam,
Tırtıl verərəm bir qucaq.
Qa-qa, qa-qa, qa-qa...
Qurr-qurr oxuyum, sən yat,
Tutum sənə ağcaqanad.
Qurr, körpə siçanım, qurr-qurr,
Keşiyində dayanım, qurr.
Qurr-qurr, qurr-qurr, qurr-qurr...
Məə, bala siçanım, məə,
Yat artıq, naz eləmə.
Laylay deyərəm, məə-məə,
Süd də verərəm, məə-məə.
Məə-məə, məə-məə, məə...
– Bəlkə, Məstanı çağıraq.
– Yox, balam artıq yatır.
07.10.2022