Xəbərlər

“Blackpink” ən çox dinlənilən qız qrupu olub

Cənubi Koreyanın dünyaca məşhur “Blackpink” qrupu lider olub.

 

AZƏRTAC xəbər verir ki, musiqiçilər “Spotify” platformasında ən çox dinlənilən qız qrupu olub. Onlar məşhur “Little Mix”i geridə qoyub.

 

Qrup uzun fasilədən sonra bu ilin iyulunda səhnəyə qayıdıb. Onların “Kill this love” və “How you like that” mahnıları 24 saat içində ən çox dinlənərək dünya trendinə girib.