Bu maraqlıdır!

Musiqiçilər hansı texnikadan istifadə edirlər?

Musiqini nota uyğun ifa etmək üçün müəyyən bilik və bacarıq tələb olunur. 


Hansısa musiqi əsərini ifa etmək üçün musiqiçi onun not qeydlərini oxumalıdır, orda musiqinin səsləri xüsusi işarələrlə-not ilə yazılıb, həmçinin ifa üçün lazım olan göstərişlər var. 


Və əlbəttə, musiqiçi musiqi alətində ifa etmə texnikasını bacarmalıdır. Bundan başqa, müxtəlif alətlərdə tamamilə müxtəlif texnikalardan istifadə olunur, həmçinin fortepiano, skripka və ya zərb alətlərində müxtəlif ifa üsulları var və yaxşı musiqiçi bu üsulların hamısını bilməlidir. 


İfa etməyə başlamamışdan əvvəl musiqiçi sakitləşməyə, fikrini cəmləşdirməyə, ifaya hazırlaşmağa, kömək edən xüsusi hərəkətləri yerinə yetirməlidir. 


Və nəhayət, musiqiçi ifa etmək üçün düzgün duruş vəziyyətini seçməli, ifa zamanı əzələlərin gərgin olmaması və çox yorulmaması üçün əllərin düzgün saxlanmasına əməl etməlidir.