Musiqi

Hoydu, dəlilərim, hoydu!

Musiqi: Məryəm Əlibəyli

Söz: Vidadi Babanlı

 

Bu gün qana qan günüdür,
Xalqımın yaman günüdür.
Çəkin Koroğlu nərəsi,
Qoy, titrəsin Yer kürəsi!
Qan tökülür torpağımda,
İnsan ölür solda, sağda.
Səda salın Yerə, Göyə!..
Dayaq durun elimizə!..

 

Nəqərat:
Hoydu, dəlilərim, hoydu!..
Hoydu, hoydu, hoydu!..

 

Körpələri odda yandı,
Obaları lal qalandı.
Bu vəhşilik yetsin sona,
Vətənimiz doyub cana!..
Dağlarımız səngər-səngər,
Hər biri bir igid əsgər.
Sümükdədir bıçaq daha,
Qisas qalmasın sabaha!..

 

Çəkin Koroğlu nərəsi,
Qoy, titrəsin Yer kürəsi!
Səda salın Yerə, Göyə!..
Dayaq durun elimizə!..
Bu vəhşilik yetsin sona,
Vətənimiz doyub cana!..
Sümükdədir bıçaq daha,
Qisas qalmasın sabaha!..