Bu maraqlıdır!

Dünyanın ən böyük yaşıl labirinti

Dünyanın ən böyük yaşıl labirinti - İtaliyanın Parma əyalətindəki Fontanellato kommunasında dizayner Franko Mariya Riççi tərəfindən salınıb. Layihə, memar Pyer Karlo Bontempinin köməyi ilə həyata keçirilib.

 

Yaşıl labirintin uzunluğu 3 kilometrdən çoxdur, hər iki tərəfdən 12 növ nəhəng və cırtdan, qara və sarı bambukla əhatə olunub. Labirintin "ürəyi" - nəhəng piramidaya bənzəyən tikilidir, onun içərisində kilsə və mini otel yerləşir.

 

Argentinalı yazıçı, şair və publisist Xorxe Luis Borxes diktator Xuan Peronun əmri ilə Argentina Milli Kitabxanasından qovulanda, yazıçının yaxın dostu italyan naşiri Franko Mariya Riççi söz verir ki, onun şərəfinə labirint inşa edəcək. İtalyan vədinə əməl edir və  2015-ci ilin iyun ayında dünyanın ən böyük labirintinə ilk ziyarətçilər gəlməyə başlayır.

 

Memar Pyer Karlo, Frankoya layihəni həyata keçirməkdə kömək edib. Bağ, səkkizguşəli ulduz şəklinə malikdir (İntibah dövrünün İtaliya qalalarının konturları belə olub). Ümumi uzunluğu - 3 kilometr, ərazisi - 8 hektar, yaşıl "divarların" hündürlüyü – 6 metrə qədərdir.

 

Sıx yaşıllıqlar arasında fransız utopik memarı Etyen-Louis Bullinin rəsmlərindən ilhamlanmış kərpicdən tikilmiş tikililər gizlənir. Franko Mariya Riççinin vəfatından sonra, (o, 84 yaşında 2020-ci ilin payızında vəfat edib), Pyer Karlo Bontempi Etyen-Louis Bullinin memarlıq fantaziyalarını labirinintin daxilində canlandırmağa başladı.

 

Binaların içərisində restoranlar, kitab mağazası və sərgi meydançası var ki, burada bağ sahibinin topladığı dəyərli sənət kolleksiyaları nümayiş etdirilir və sərgilər keçirilir.