Bu maraqlıdır!

Musiqi alətləri nədir?

Musiqi alətini müxtəlif materiallardan, əsasən, ağacdan və metaldan hazırlayırlar. Alətlər hazırlandığı materiallardan və onlarda ifa üsullarından asılı olaraq bir neçə qrupa bölünür: simli, mis, nəfəsli və taxta nəfəsli, zərb, dilli... Elektron musiqi alətləri də mövcuddur. 

 

Müxtəlif xalqlarda hansı milli musiqi alətləri var?


Elə musiqi alətləri var ki, müxtəlif xalqlar və mədəniyyətlər üçün ümumi olub. Bunların ən geniş yayılmışlarına ən müxtəlif materiallardan hazırlanmış cürbəcür formalı və ölçülü təbillər, həmçinin qamışdan, sümükdən, ağacdan, metaldan və ya bişmiş gildən hazırlanmış hər cür tütəkləri misal göstərmək olar. Bəzi milli musiqi alətləri xalq musiqilərinin ifa edilməsi üçün yarandığı regionda da istifadə olunur, məsələn, Afrika aləti  olan marimba və ya marakas. Ancaq, məsələn, arfa kimi qədim Avropa alətini dünyanın istənilən yerindəki simfonik orkestrin alətlərinin içərisində görmək mümkündür.