Şeirlər

Zahid Xəlil. Yalançı meşə

Bir yalançı meşə var,
Burda nə var yalandı.
Ağ dələlər yalandı.
Boz çaqqallar yalandı.
Yoxdu ağıl - kamalda
Ayının tayı burda.
Cəbrdən, həndəsədən
Dərs deyir ayı burda.
Bu meşənin işləri
Kökündən baş – ayaqdı.
Burda dovşanlar qoçaq,
Canavarlar qorxaqdı.
Xoruzlar, qarışqalar
İgiddi, pəhləvandı.
Bu meşənin işləri
Lap kökündən yalandı.