Bu maraqlıdır!

Fırfıra

 Döşəmədə oyuncaq fırfıra fırlanır. Fırlanan fırfıraya çırtma vurub yıxmağa çalış. Yıxılmadı?  Bax fırfıranın başlıca xüsusiyyəti budur: nə qədər ki, o fırlanır, öz fırlanma oxunun vəziyyətini axıradək saxlamağa çalışır. Oxun bir ucunu şimala yönəltsən kompas əldə etmiş olacaqsan. Belə qurğu giroskop adlanır. O, gəmilərdə və təyyarələrdə bir çox cihazın – girokompasın , istiqamət göstəricisinin, avtosükançının və avtopilotun “canıdır”; giroskop raketlərə dəqiq istiqamətdə uçmağa kömək edir. Giroskopsuz kosmosa peyk çıxarıla bilməz.

 

Avtopilotda giroskop necə işləyir? Təyyarə uçduğu istiqamətdən yayındıqda, fırfıra ona müqavimət göstərərək düyməni basır – sükan mexanizminin motorunu işə salır. Motor işə düşür, təyyarənin sükanını döndərir və hava gəmisi əvvəlki istiqamətdə uçmağa başlayır.

 

İri fırfıralar dənizdə gəmilərin yırğalanması ilə mübarizə aparır. Dalğa gəmini əyməyə çalışır. Lakin ağır və sürətlə fırlanan fırfıra gəmini tarazlıqda saxlayır. Bu zaman dəniz tutması sərnişinlərə əziyyət vermir, gəminin maşını da asan işləyir və deməli ömrü uzanır.